Poroşenko braziliyalı futbolçuya Ukrayna vətəndaşlığı verdi - FOTO

Poroşenko braziliyalı futbolçuya Ukrayna vətəndaşlığı verdi - FOTO
14:05 19 Mart 2019
59 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayanın "Şaxtyor" klubunun braziliyalı futbolçusu Junior Moraes Ukrayna vətəndaşlığı alıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Petr Poroşenko 31 yaşlı hücumçuya vətəndaşlıq verilməsi barədə əmr imzalayıb.

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko Moraesi yığmaya dəvət edəcək.

Qeyd edək ki, "Santos"un yetirməsi 2012-ci ildə Bolqarıstanın ÇSKA (Sofiya) klubundan Ukraynanın "Metallurq" klubuna transfer olub. Moraes "Şaxtyor"a 2018-ci ildə Kiyev "Dinamo"sundan keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/740207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR