Qubada avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Qubada avtomobil dərəyə aşıb, xəsarət alanlar var
15:47 20 Mart 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonunda avtomobil dərəyə aşıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd avtomobil yolunun 38-ci kilometrliyində qeydə alınıb.
Belə ki, “Jeep” markalı, 90-HX-904 dövlət nömrə nişanlı avtomobilin dərəyə aşması nəticəsində Sumqayıt şəhər sakinləri - 1971- ci il təvəllüdlü Məmmədova Məryəm Gülbala qızı və 1965-ci il təvəllüdlü Məmmədov Barat Abbas oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Avtomobildə olan digər 3 sərnişin yüngül xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/qubada-avtomobil-dereye-asib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR