Xınalıqda yenə qar uçqunu oldu - FOTO

Xınalıqda yenə qar uçqunu oldu - FOTO
11:42 21 Mart 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Quba-Xınalıq yolunda baş vermiş qar uçqununun fəsadları təmizlənsə də yenidən uçqun baş verib. Yolun 30-cu km-dən 33-cü km-nə qədər yol bağlanıb.

Milli.Az bildirir ki, "Azəravtoyol"un Quba-Xınalıq üzrə sahə rəisi Bilal Sultanov qafqazinfo-ya açıqlamasında bildirib ki, qar uçqunu gecə saatlarında yenidən baş verib və 2 qartəmizləyən buldozer hadisə yerinə cəlb olunub. Uçqun nəticəsində yaranan qarın hündürlüyü 15 metrdən çoxdur. 

Qeyd edək ki, qar uçqunu nəticəsində Qrız, Cek, Əlik, Haput, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayon mərkəzilə əlaqələri kəsilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/740692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR