Azərbaycandan Gürcüstana sement ixracı azalıb

Azərbaycandan Gürcüstana sement ixracı azalıb
10:07 22 Mart 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 2 mln. 003 min dollar dəyərində sement ixrac olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İxrac olunmuş sementin ümumi həcmi 35 212,3 ton təşkil edib.
Azərbaycandan qonşu ölkəyə ixrac edilmiş sement həcm baxımından illik müqayisədə 3 718 ton yaxud 9,5% az, məbləğ baxımından isə 4,3 min dollar yaxud 0,2% çoxdur.
Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstana 1 mln. 998,7 min dollar dəyərində 38 930 ton sement ixrac edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-qonsu-olkeye-9-5-az-sement-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR