ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı qərarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərt reaksiya verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidentinin açıqlamasına münasibət bildirən Ərdoğan "Talehsiz bir açıqlama bölgəni yeni bir krizin astanasına gətirib", deyə bildirib.

Qeyd edək ki, Tramp Tvitter mikrobloqunda yazıb ki, 52 ildən sonra İsrailin Qolan təpələrində suverenliyini tanımağın zamanı gəldi.

Ağ Ev rəhbəri qeyd edib ki, ölkəsi İsrail və regional sabitlik üçün bu ərazilərdə yəhudi dövlətinin üstünlüyünü tanıyacaq.