İki “Toyota” toqquşdu, toya gedənlər yarı yolda qaldı - VİDEO - FOTO

İki “Toyota” toqquşdu, toya gedənlər yarı yolda qaldı - VİDEO - FOTO
18:47 22 Mart 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı- Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

90-ND-795 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı minik avtomobili ilə 09--BB-222 dövlət nömrə nişanlı  "Toyota Prado" toqquşub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən olmasa da, "Toyota Prado"nun sərnişini, 1956-cı il təvəllüdlü kəlbəcər sakini Musayeva Məlahət yaralanıb. 

Onların toya getdiyi  bildirilir. "Land cruiser"ün sürücüsü də hadisə zamanı yüngül xəsarət alıb.

Qəzayla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
İki "Toyota" toqquşdu, toya gedənlər yarı yolda qaldı

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/740983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR