Bakı, 4 may, AZƏRTAC
Azərbaycanı və “Qəbələ” idman klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti qələbəsini qazanıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, 35 yaşlı idmançı Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyada Azərbaycan diasporunun dəstəyi ilə təşkil olunan möhtəşəm boks gecəsində rinqə çıxıb.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan yarış çərçivəsində keçirilən döyüşdə F.Məmmədovun rəqibi belaruslu Andrey Abramenko olub. Qarşılaşma reytinq xarakteri daşıyıb. Bunadək çıxdığı 29 döyüşdə 20 qələbəsi, 2 heç-heçəsi, 7 məğlubiyyəti olan rəqiblə döyüşün 10 raund davam etməsi nəzərdə tutulsa da, idmançımız görüşün taleyini vaxtından əvvəl həll edib. Belə ki, F.Məmmədov 2-ci raundda qalib gəlib. O, buna rəqibini nokauta göndərməklə nail olub.