Qəşəm Nəcəfzadə: "Mən öləndə Kəraməti tabutuma yaxın buraxmayın"

Qəşəm Nəcəfzadə: "Mən öləndə Kəraməti tabutuma yaxın buraxmayın"
14:33 24 Mart 2019
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış yazıçı Qəşəm Nəcəfzadə oğlu, gənc yazar Kəramət Böyükçöllə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, Qəşəm Nəcəfzadə vəfat edərkən oğlu Kəramətin tabuta yaxın buraxılmamasını vəsiyyət edib: “Əlacsızam deyə yüz dəfə düşünüb yazıram. Deməyin ağlını itirib yazır. Kəramətin alçaq hərəkətlərindən son 9 gündə təzyiqim 250 -dən düşmür. Hərdən 270- ə qalxır. Üstəlik ürək əməliyyatından qalan problem, şəkər... Ovuc- ovuc dərman yeyirəm, Analizlər, MRT-lər, Kompyüter tomoqrafiya və sair. Əhəmiyyətsiz bir şey... Halıma göynən uçan quş da ağlar...Aprelin 1-i ad günüm. 60 yaşım. Yəqin ki, tezliklə öləcəyəm. Demişəm Kəraməti tabutuma yaxın qoymayın. Onu zülmlə böyütmüşdüm... Məni o alçaq öldürdü. Ona nifrət edirəm. Azərbaycanda təhqir etmədiyi və məni söydürmədiyi adam qalmadı...”

Qeyd edək ki, müxtəlif vaxtlarda qalmaqallı fikirləri ilə gündəmə gələn Kəramət Böyükçöl son olaraq vəfat etmiş meyxanaçı Aydın Xırdalanlı ilə bağlı işlətdiyi ifadələrə görə tənqid hədəfinə çevrilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/273554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR