FHN: Mülki geyimli şəxslər DYMX-nin əməkdaşları olublar

FHN: Mülki geyimli şəxslər DYMX-nin əməkdaşları olublar
18:22 26 Mart 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, FHN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu gün bəzi sosial şəbəkə səhifələrində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı mülki geyimli şəxslərin də yanğının söndürülməsində iştirak etməsini əks etdirən videogörüntü paylaşılıb.

Bildirir ki, həmin videogörüntüdəki mülki geyimli şəxslər əslində FHN-nin DYMX-nin yanğınsöndürənləridir, bu gün onların istirahət günləri olmasına baxmayaraq, hadisə yerinə yaxınlıqda yaşadıqlarından öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər.

FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilmədən qərəzli şəkildə yayılan bu kimi video və ya məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/741790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR