"Report"un məlumatına görə, bu barədə adı çəkilməyən diplomatlara istinadən AFP bildirib.
"Suriya Holan yüksəklikləri ilə bağllı BMT Təhlükəsizlik Şurasını iclasını keçirməyi xahiş edib", - deyə agentlik yazıb.
Martın 25-də ABŞ prezidenti Donald Tramp Holan yüksəkliklərinin İsrailin ərazisi kimi tanınması ilə bağlı sənədi imzalayıb.
Livan və Səudiyyə Ərəbistanı Amerika liderinin bu qərarını pisləyib.