İNANMAQ OLMUR! Görün harada gizlədiblər?

Samsunda zabıta tərəfindən keçirilən əməliyyatda cinayət üstündə yaxalanan dilənçilər topladıqları pulları çörək arasına saxlayıb.

Metbuat.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zabıtanın diqqəti sayəsində çörəyin içinə sıxışdırılan 60 TL ortaya çıxıb.

Samsunda polis, dilənçilərə qarşı əməliyyat həyata keçirib. Mülki komandalarla keçirilən əməliyyatda 3-ü xarici, 6-sı uşaq, cəmi 15 dilənçi cinayət üstündə yaxalanıb.

Çox pula rast gəlinməyən dilənçilər topladıqları pulları corabın içərisinə dolduraraq çörək arasına qoyublar.

Zabıtanın diqqəti ilə sonra bütün çörək arasına saxlanan 45 lirə xırda, 15 TL də kağız pul ortaya çıxarılıb.


Suala cavab verən 18 yaşlı subay 2 dilənçi gənc qız, "ac olduğumuz üçün dilənirik. Uşaqlarımız məktəbə xidmətlə gedir. Onların servis pullarını ödəmək üçün dilənirik" şəklində bəhanələr irəli sürüb.

Pulların corabla birlikdə çörəyin arasına saxlandığını fərq edən zabıta komandaları isə hadisə qarşısında "yox artıq. Çörək arası pul" deyərək təəccüblərini dilə gətiriblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR