İtkin düşmüş qız tapılıb

3 mart tarixində itkin düşmüş Məmmədova İlahə Elşən qızı tapılıb.

Metbuat.az-a daxil olan məlumata əsasən, Gəncə şəhəri, Natavan qəsəbəsi, K.Tağıyev küçəsi, ev 14-də yaşan 1995-ci il təvəllüdlü Məmmədova İlahə Elşən qızı Kəpəz RPİ-nin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri ərazisində tapılıb.

M.İlahə Elşən qızının itkin düşməsi ilə bağlı verilmiş məlumatda əlavə olaraq qeyd edilib ki, o, mobil telefon vasitəsi ilə atası Elşən Rüstəmov və anası İlahə Rüstəmova ilə danışaraq itkin düşmədiyini, Mingəçevir şəhərində işləyərək yaşadığını və Gəncə şəhərinə gəlmək istəmədiyini bildirib.

Sevinc Kərimova // METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR