"Report" xəbər verir ki, bunu Petro Poroşenko blokunun fraksiya rəhbəri Artur Qerasimov deyib. Onun sözlərinə görə, Petro Poroşenko professional şəkildə ölkədə görülən işlər və gələcək perspektivlər eyni zamanda növbəti 5 ilin strategiyasını Vladimir Zelenskilə müzakirə etməyə hazırdır.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri ilə bağlı ikinci turun keçiriləcəyi elan olunub. Qanunvericiliyə əsasən seçkilərin ikinci mərhələsi aprelin 21-də keçiriləcək.