"Bu ilin sonuna qədər Rusiyanın 3 şəhərində Azərbaycan Ticarət Evi və Azərbaycan Şərab Evləri açılacaq".
Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, həmin şəhərlər Moskva, Sankt-Peterburq və Yekaterinburqdur: "Bildiyiniz kimi, Azərbaycan məhsulları Rusiya biznesinin ən əsas bazarlarından biridir. Bu format bizi qane edir. Bundan sonra Rusiyanın digər şəhərlərində də Azərbaycan Ticarət evlərinin və Şərab Evlərinin açılması davam edəcək".
Günay Elşadqızı / METBUAT.AZ
Foto: İdrak Mustafayev