Sözügedən istiqamətlərdə məruzələr Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji malların qanunsuz dövriyyəsinin qarşısının alınması” mövzusunda keçirilən regional təlimdə dinləniləcək.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə təşkil etdiyi təlim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) dəstəyi ilə keçirilir.
Təlim Azərbaycan, Qazaxıstan, Pakistan və Türkmənistan gömrük xidmətlərinin əməkdaşları üçün nəzərdə tutulub və ABŞ mütəxəssisləri tərəfindən aparılır. DGK-dən qeyd edilib ki, mayın 4-dən başlayan təlimin əvvəlki günlərində “Raket çatdırılma sistemi və texnologiyaları”, “Raket altsistemi”, “Kimyəvi silahlar və texnologiyalar”, “Quraşdırılmış komponentlər - II” mövzularında məruzələr dinlənilib, praktiki məşğələlər keçirilib.
Mayın 8-dək davam edəcək təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Həqiqət İSABALAYEVA