“Mançester Yunayted”in qapıçısı David de Xea yayda klubunu dəyişə bilər.

Metbuat.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı qolkiper "mankunyanlar"la razılıq əldə edə bilmir. De Xea maaşının artırılmasını tələb etsə də, “qırmızı şeytanlar” bununla razılaşmır.

Qeyd edək ki, PSJ-nin maraq dairəsində olan 28 yaşlı qapıçının müqaviləsi 2020-ci ilin yayında başa çatır.