Azərbaycanda yol polisinin saxladığı şəxs öldü – RƏSMİ

Azərbaycanda yol polisinin saxladığı şəxs öldü – RƏSMİ
10:43 5 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Goranboyda yol polisi tərəfindən saxlanılan şəxsin ölüm səbəbi məlum olub.

DİN mətbuat xidmətinin Qərb Regional qrupundan Publika.az-a verilən məlumata görə, hadisə ötən gecə saat 23.30 radələrində baş verib. Yol Polisi əməkdaşları rayonun Goranlı kənd sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlunu idarə etdiyi "VAZ2107" markalı avtomobillə saxlayıblar. Məlum olub ki, saxlanılan şəxs sərxoşdur. O, Goranboy rayon Polis Şöbəsində aparılıb və barəsində inzibati xətalar məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib. Şöbədən çıxan zaman şəxsin halı pisləşib.

Dərhal Təcili Tibbi Yardım çağırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Qərb Regional Qrupdan bildirilib ki, İ. Yolçiyev saxlanılan zaman həyat yoldaşı və qızı da yanında olub. Onların dediyinə görə, onlarda irsi olaraq ürək damar xəstəliyi var. Sürücünün də bu səbəbdən öldüyü ehtimal edilir.

Hazırda faktla bağlı Goranboy Prokuroluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/274678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR