​"Azərbaycan bu il də dünyanın ən islahatçı 10 ölkəsinin sırasında olacaq":

"Azərbaycan bu il də dünyanın ən islahatçı 10 ölkəsinin sırasında olacaq".

Metbuat.az-ın məlumatına görə, bunu "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın portalının təqdimatında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. İcraçı direktor bildirib ki, Dövlət-Biznes Dialoqu Platformasının yaradılması zamanı beynəlxalq təcrübə öyrənilib:

"Dövlət-Biznes Dialoqu Platforması özünün bir sıra özəllikləri ilə fərqlənir. Platforma dövlətin bütün infrastrukturlarını, özəl sektoru tam əhatə edir. Bu dialoq dünyada ilk dəfə olaraq rəqəmsal çərçivədə fəaliyyət göstərir. Biz islahatlar üçün vacib olan beynəlxalq təcrübəyə xüsusi önəm veririk. Bu dialoqu da ən yüksək həddə gətirib çıxartmışıq".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR