Bazar günü imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ - BU YENİLİKLƏRİ BİLİRDİNİZ?

Bazar günü imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ - BU YENİLİKLƏRİ BİLİRDİNİZ?
15:04 5 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 7-də, 14 və 21-də 11-ci sinif bazasından buraxılış imtahanı verəcək şagirdlər bu il kurikulum sistemi ilə  imtahan verən ilk şagirdlər olacaq. Bu şagirdlər iki il əvvəl, yəni 9-cu sinifdə eyni tipli imtahan versələr də, həmin vaxt  iki fənndən - ana dili və riyaziyyatdan imtahan vermişdilər. 11-ci sinifdə isə bu iki fənnlə yanaşı, xarici dildən də imtahan verməli olacaqlar. 

Bəs şagirdlərin hansı məqamlara daha çox diqqət etməsi lazımdır?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov 2008-ci ildən etibarən təsdiq edilən kurikulumla buraxılış imtahanlarının verilməsinin 11-ci sinif pilləsində ilk olduğunu xatırladıb.  

Şagirdlərin nəyə diqqət etməli olmalarından danışan Əsədov bildirib ki, 11-ci sinif şagirdləri 9-cu sinfin buraxılışından fərqli olaraq xarici dil fənləri üzrə də imtahan verəcəklər. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.

"Məlum olduğu kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. 

Auditoriyada mətn səslənəcək. Bu, Azərbaycanın qəbul sistemində ilk dəfə təsdid edilib. Onlar dinlədikləri mətnə uyğun test tapşırıqlarına cavab verməlidirlər".

Müsahibimizin dediyinə görə, digər əsas vacib məqam ondan ibarətdir ki, qapalı test tapşırıqlarına, yəni cavabları variantlarla verilən test tapşırıqlarına cavab vermək üçün şagirdlər diqqətli olmalıdır. "Yalnız bildikləri test tapşırıqlarına cavab verməlidirlər. Buraxılış imtahanında qapalı test tapşırıqlarında səhv cavablar düz cavablara təsir göstərməsə də, qəbul imtahanında təsir göstərəcik. Ona görə səhv cavabları yazmamağa adət etsinlər”.

Ekspert vurğulayıb ki, qapalı test tapşırıqlarından fərqli olaraq açıq tipli-yazı tələb edən test tapşırıqlarından hətta 30-50 faiz bilsələr belə, mütləq şəkildə yazsınlar. Onun sözlərinə görə, DİM qiymətləndirmə meyarlarında onların yazmasını müəyyən balla qiymətləndirəcək: “Qapalı test tapşırıqları ilə müqayisədə açıq test tapşırıqlarına az cavab vermək belə, balla qiymətləndiriləcək. Ona görə, uşaqlar test tapşırıqlarının cavablarını hətta bir-iki cümlə ilə olsa belə, yazsınlar. Doğru cavaba yaxın cavab belə, müəyyən balla qiymətləndiriləcək. Nəzərə alsaq ki, artıq bu il buraxılış imtahanları qəbul imtahanının birinci mərhələsidir, o zaman bu mərhələdə toplanılan bal qəbul imtahanında topladıqları balın üzərinə gələcək. Ona görə də, bu mərhələ ciddi yanaşılmalıdır”.

K.Əsədov imtahan prosesinə gecikməməyin vacibliyinə də toxunub: “İmtahan 1:00-da başlayırsa, şagirdlər mütləq saat 10:00 və ya 10:30-da imtahanın keçiriləcəyi yerdə olmalıdırlar. Çünki 11:00-da gələnlərin imtahana girməsinə icazə verilməyəcək: Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi üz yoxlama qaydasını da tətbiq edib. İmtahana vaxtında gəlmək lazımdır. Şagirdlər özləri ilə bir neçə yaxşı yazan qələm götürsünlər. Karandaş, su götürsünlər. İmtahan prosesində həyəcanlanmamaq üçün özlərinin fiziki təlabat və ehtiyaclarını imtahan prosesinə qədər ödəsinlər. Rahat geyim geysinlər. Parıltılı, sıx, narahat, sıxan geyim və aksessuarlardan istifadə etməsinlər, ayaqlarını sıxan ayaqqabı geyinməsinlər”.   

Qeyd edək ki, aprelin 7-də Bakı, Şirvan  şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzi (DİM) mətbuat xidmətindən bildirilib ki,

Ümumillikdə 27659 şagird imtahan verəcək.

İmtahan saat 11:00-da başlayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR