Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanına gedir

Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanına gedir
18:24 5 Aprel 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək. 
 
Müdafiə Nazirliyindən ONA-ya verilən xəbərə görə, səfər Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə baş tutacaq.
 
Səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR