Avropa Parlamenti: Liviyadakı xaos miqrasiya dalğasını gücləndirəcək

Avropa Parlamenti: Liviyadakı xaos miqrasiya dalğasını gücləndirəcək
05:33 6 Aprel 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Liviyada BMT-nin dəstəklədiyi hökumətə hücumlar nəticəsində yaranan xaos Avropa ölkələrinə yeni miqrasiya riskini artıra bilər.

Publika.az xəbər verir ki, Azərtac-ın BBC telekanalının saytına istinadla xəbər verir ki, Avropa Parlamentinin prezidenti Antonio Tajani Avropa İttifaqına üzv ölkələrin hökumətlərinə müraciət edərək təcili tədbirlərin görülməsini tövsiyə edib. Hərbi əməliyyatların Liviyada böhranın həlli üçün çıxış yolu olmadığını deyən Tajani bildirib ki, yeni münaqişə böyük insan itkilərinə və ölkənin dağılmasına gətirib çıxara bilər.

Avropa Parlamentinin prezidenti Liviyada böhranın dərinləşməsinin yeni miqrasiya dalğasına, xüsusən İtaliya və Aralıq dənizinin digər sahilyanı ölkələrinə kütləvi qanunsuz miqrantların gəlməsinə səbəb olacağını vurğulayıb. O, 2018-ci ildə hər gün bu yolla Avropaya yollananların 6 nəfərinin öldüyü ilə bağlı BMT-nin hesabatını da xatırladıb.

A.Tajani, Liviyada böhranın həlli üçün BMT çərçivəsində Avropa Parlamentinin də danışıqlar prosesində iştirak etməsini təklif edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/274757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR