Aprelin 5-də günorta saatlarında Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib.

Metbuat.az Oxu.Az-a istinadən xəbər verir ki, yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur.

Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

XXX

Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, qəza zamanı "Daewoo” və "VAZ 2107” markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən "Jiquli” aşıb.

Hadisə nəticəsində "VAZ 2107”də olan iki nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.