"Lenova" kompüterlərində kritik boşluq - Azərbaycanlı ekspertlər aşkarladı

"Lenova" kompüterlərində kritik boşluq - Azərbaycanlı ekspertlər aşkarladı
11:04 6 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı gənc mütəxəssis, “Cybero” Kibertəhlükəsizlik Mərkəzinin eskperti Emin Quliyev “Lenova” kompüterlərinə kənar müdaxiləyə imkan yaradan kritik təhlükəsizlik boşluğu aşkarlayıb.
 
Lent.az xəbər verir ki, “Lenova” rəsmi internet səhifəsində ekspertin tapdığı bu boşluğu təsdiqləyərək ona təşəkkürünü bildirib.
 
Şirkətin bu il aprelin 4-də rəsmi olaraq yayımladığı açıqlamada bu boşluqdan şirkətin istehsal etdiyi 100-dək modelin təsirləndiyi və yeni “patch” ilə bu kritik boşluğun artıq aradan qaldırıldığı bildirilir.  CVE-2019-6156 kod nömrəsi alan bu boşluq SMM BİOS sistemindən SPİ Flash müdaxiləsi qadağan olunmuş yaddaşa kənar müdaxiləyə imkan yaradan kritik təhlükəsizlik boşluğundan söhbət açır.
 
Açıqlamanın daha geniş mətni və boşluğa məruz “Lenova” modellərinin siyahısını aşağıdakı keçiddən əldə etmək mümkündür:
 
https://support.lenovo.com/us/ru/product_security/len-26332
 
Azərbaycanlı gənc ekspert Emin Quliyevin bundan öncə də ciddi tədqiqatları olub. Ekspert “Windows”, “Linux”, “Acer” BİOS, eyni zamanda “VPN Browser”, “Mail Server” kimi müxtəlif proqram təminatlarında ciddi boşluqlar taparaq vendorlardan buna görə “bounty”lər alıb.
 
Hazırda ekspert, “Cybero” Kibertəhlükəsizlik Mərkəzində avadanlıqların, əməliyyat sistemlərinin eləcə də tətbiqlərin analizi, onların təhlükəsizliyinin yoxlanılması və rəy verilməsi üçün tərs mühəndislik (Reverse Engineerin) laboratosiyasının qurulması üzrə işlərini davam etdirir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR