"Qəbələ"nin "Qarabağ"la 51-ci dueli

"Qəbələ"nin "Qarabağ"la 51-ci dueli
10:59 7 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqanın 23-cü turunda keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu iki komanda arasında 51-ci duel olacaq.
 
Lent.az-ın klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, indiyədək rəqiblər 50 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 43-ü Premyer Liqa, 7-si kubok matçı olub. Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 17 heç-heçə edib və 22 dəfə uduzub. “Qarabağ”ın qapısından 44 top keçirən əyalət təmsilçisi 64 top buraxıb. "Qəbələ" futbolçularından 29-u bu oyunlarda qol sevinci yaşayıb. Dodo 5, Viktor Mendi 4 dəfə fərqlənib.
 
İki komanda arasında çempionatda keçirilən 43 oyunda “Qəbələ” 10 dəfə qalib gəlib. 12 dəfə bir xalla kifayətlənən “qırmızı-qaralar” 21 məğlubiyyət alıb. 39 qola sevinən "Qəbələ" 58 top buraxıb.
 
Xatırladaq ki, “Qəbələ” – “Qarabağ” oyunu saat 14:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR