Tayvanda mühərrikində tüstülənmə baş verən təyyarə qəza enişi etdi

Tayvanda mühərrikində tüstülənmə baş verən təyyarə qəza enişi etdi
08:08 8 Aprel 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tayvanın Qaosün şəhərində "Cathay Dragon" aviaşirkətinin təyyarəsi qəza enişi edib.

Trend-in məlumatına görə, enişə səbəb təyyarənin mühərriklərindən birində qəfil tüstülənmə olub. Qaosün-Honkonq maşrutu üzrə hərəkəti nəzərdə tutulan təyyarə 08:02-də havaya qalxıb, ancaq tezliklə hava limanına qayıtmalı olub.

Göyərtəsində 317 nəfər olan təyyarə 08:31-də enib. Qəzanın səbəbləri araşdırılır, ehtimal olunur ki, tüstülənmə quşla toqquşma səbəbindən baş verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3042890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR