Mühərrikində tüstülənmə baş verən təyyarə qəza enişi etdi

Mühərrikində tüstülənmə baş verən təyyarə qəza enişi etdi
09:05 8 Aprel 2019
63 Dünya
Ölkə mətbuatı
A- A+

Tayvanın Qaosün şəhərində "Cathay Dragon" aviaşirkətinin təyyarəsi qəza enişi edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, enişə səbəb təyyarənin mühərriklərindən birində qəfil tüstülənmə olub. Qaosün-Honkonq maşrutu üzrə hərəkəti nəzərdə tutulan təyyarə 08:02-də havaya qalxıb, ancaq tezliklə hava limanına qayıtmalı olub.

Göyərtəsində 317 nəfər olan təyyarə 08:31-də enib. Qəzanın səbəbləri araşdırılır, ehtimal olunur ki, tüstülənmə quşla toqquşma səbəbindən baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR