"Qucağıma hoppanıb mənlə şəkil çəkdirən qız yoxdur" - Toya hazırlaşan Əhməd - FOTO

"Qucağıma hoppanıb mənlə şəkil çəkdirən qız yoxdur" - Toya hazırlaşan Əhməd - FOTO
12:05 8 Aprel 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Toya hazırlaşan Əhməd Mustafayev "Hər şey daxil"də nişanlısının qısqanclığından danışıb.

Milli.Az xəbər verir ki, toyuna bir həftə qalan Əhməd doğma əmisi qızı olan nişanlısının qısqanclığından narahatlığını dilə gətirib:

"Mən hal-hazırda problemlərlə güləşirəm. Şərti şumda kəsmişəm, amma bir az düz gəlmir. Efirdə olan və yaxud getdiyim tədbirlərdə çəkilən şəkillər filan, xüsusi ilə də xanımlarla... Görürəm ki, demir, onu mənə problem etmir. Amma danışığından hiss edirəm ki, məsələ nədir. Mən də deyirəm ki, "Sən bunları normal qəbul etməlisən, çünki bilirsən mən efirdə çıxıb mahnımı oxuyub gəlmişəm. Orada sənət dostumdursa, mənlə mehribandırsa, orada pis bir şey yoxdur". Qucağıma hoppanıb şəkil çəkdirən yoxdur axı mənim. Mən izdivacı qurandan sonra sənətə gəlsəydim, deyə bilərdi ki, sən başqa işlə məşğul ola bilərsən. Amma məndə əvvəldən bilinir ki, mən şou nümayəndəsiym. Mənə sənətimdə müəyyən qadağalar qoyulmağı mən xoşlamıram". 

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/745217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR