İraqdan ABŞ-a SƏRT MESAJ: İranın işğal edilməsinə...

İraqdan ABŞ-a SƏRT MESAJ: İranın işğal edilməsinə...
15:43 8 Aprel 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

“Bağdad İraq torpaqlarının İrana hücum üçün istifadə olunmasına icazə verməyəcək. İrana qarşı sanksiyaların da bir parçası olmaq istəmirik”.

Publika.az xəbər verir ki, bunu İraqın baş naziri Adil Əbdülmehdi deyib.

İran prezidentinin birinci müavini İsaq Cahangiri ilə bir araya gələn baş nazir iki ölkə arasındakı iqtisadi, siyasi və hərbi münasibətlərlə bağlı çıxış edib. ABŞ-ın İrana qarşı sanksiyalarının hər iki ölkəyə təsir etməsinə icazə verilməməsi ilə bağlı mövqeyini açıqlayan tərəflər əməkdaşlıqlarının genişləndirilməsi üçün müzakirələr aparıb.

Qeyd edək ki, İraqın baş naziri 2 günlük səfəri çərçivəsində Tehranda İran prezidenti Həsən Ruhani və dini lider Əli Xamanei ilə görüş keçirib. Onu səfərdə energetika, maliyyə, xarici işlər, su qaynaqları, ticarət nazirləri və milli təhlükəsizlik üzrə məsləhətçisi müşayiət edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/274977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR