İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti müəyyənləşib

İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti müəyyənləşib
16:17 8 Aprel 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) yeni prezidenti müəyyənləşib.
“Report” xəbər verir ki, bu barədə qurumun və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “facebook” səhifəsində yazıb.
İHİF-in Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Assambleyasında baş tutan prezident seçkisində şahzadə Abdulaziz bin Turki al-Faysal rəhbər posta seçilib. O, 4 il müddətində bu vəzifəni tutacaq.
Qeyd edək ki, bir müddət əvvəl Turki bin Abdulmohsen bin Abdul Latif əl-Şeyx İHİF-in prezidenti postundan istefa verib.




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-slam-hemreyliyi-i-dman-federasiyasinin-yeni-prezidenti-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR