SON DƏQİQƏ: Lənkəranskinin mənəvi qardaşı güllələndi

SON DƏQİQƏ: Lənkəranskinin mənəvi qardaşı güllələndi
20:32 8 Aprel 2019
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Məşhur "qanuni oğru", kriminal aləmdə "Şeyx Xəmzət" kimi tanınan Xəmzət Qastəmirov sui-qəsdə məruz qalıb.

Milli.Az bildirir ki, yenicag.az-ın etibarlı mənbədən əldə etdiyi etdiyi məlumata görə, hadisə Almaniyanın paytaxtı Berlində baş verib.

Belə ki, günorta saatlarında silahlı 4 nəfər Qastamirova və cangüdənləri Abubakar Qstamirovla Bislan Qaytukaevə avtomatdan atəş açıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Onların həyatı üçün təhlükə davam edir.

Qeyd edək ki, "Şeyx Xəmzət" 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/745367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR