Maqnus Karlsen: "Dörd il ərzində iki-üç oyunda bəxtim gətirib"

Maqnus Karlsen: "Dörd il ərzində iki-üç oyunda bəxtim gətirib"
20:32 8 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi olan Maqnus Karlsen VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. 
"Report" müsahibəni təqdim edir:
- Sizi qələbə münasibəti ilə təbrik edirik. Vaxtından əvvəl qələbə qazanmaqla birinciliyi təmin etdiniz...
- Təbriklərə görə təşəkkür edirəm. Sergey Karyakinlə oyun maraqlı alındı. Risk etdi, açıq mübarizə apardı. Karyakinin qalib gəlmək istəyi aşkar görünürdü. Bu qələbə mənə yarışda qalib olmağa imkan verdi. Əvvəlcə düzgün gediş etmədi, sonra isə vaxta nəzarəti itirdi.Vaxtı azaldıqca vəziyyəti pisləşirdi. Vaxtından əvvəl qələbə qazanmaq çox sevindiricidir.
- "Shamkir Chess 2019"da ən yadda qalan oyununuz hansı oldu?
- VII turda Giriylə matç çox maraqlı alındı. Eləcə də Karyakinlə partiyanı qeyd edə bilərəm. Bəzən nəticə yaxşı olur, oyun alınmır. Amma hər ikisi baxımlı oldu. Ümumiyyətlə, əksər rəqiblər risk etmədi. Sergey Karyakin isə həlledici görüşdə qələbəyə oynadı.
- Şəmkirin adı çəkiləndə yadınıza ilk olaraq nə düşür?
- Şəmkir sakit şəhərdir. Ona görə burada şahmat oynamaq həmişə xoş hisslər yaradır. Şəmkir deyəndə, sözsüz, şahmatı xatırlayıram. Dörd dəfə bu yarışda çempion olmuşam. Şahmat karyeramda özünəməxsus yer tutur. Şəmkirdə əksər insanları hər il yarışda görürəm. Şəmkir deyəndə həm də burada çalışan şahmat ailəsini yada salıram. Mənə göstərilən diqqətə görə təşəkkür edirəm.
- "Shamkir Chess"in dördqat qalibi oldunuz. Uğurun sirrini açıqlaya bilərsiniz?
- Uğurun sirri? Sirr yoxdu. Dörd il ərzində iki-üç oyunda bəxtim gətirib. Digər bütün oyunlarda maksimum yaxşı oynamağa çalışmışam. Vüqar Həşimov Memorialının təşkilatçılığı yüksək səviyyədədir. Təşkilatçılar hər incə məqamı nəzərə alıb. Şahmat oynamaq üçün əla şərait yaradılıb. Bəzən turnirlərdə kiçik təşkilati işləri həll etməyə çalışırsan. Şəmkirdə isə ancaq şahmat haqqında düşünürsən. Şəmkirə gəlmək həmişə xoşdur.
- 2014-cü ildə ilk dəfə "Shamkir Chess" superturnirində qalib gəlmisiniz. Beş il əvvəlki Maqnusla indiki arasında fərq nədir?
- Maraqlı sualdır. Beş il əvvəl reytinqim fərqli idi. Şahmata daha incə yanaşırdım. Hazırda komandam daha təcrübəlidir. Çempionluğu qorumaqla hər dəfə daha çox çalışmaq barədə düşünürəm. Beş il əvvəl ilk dəfə qələbə qazanmağı düşünürdüm. İndi isə titulu qorumağ istəyirəm. Maqnus, yəqin, az da olsa, dəyişib.
- İlin sonunda çoxlu sayda təklifləriniz olur. Gələn il Şəmkirdən gələn dəvəti daha tez qəbul edəcəksinizmi?
- Şəmkirdə oynamaq xoşdur. Buradakı insanlar qonaqpərvərdir. Mənə çox diqqətlə yanaşırlar. Şəmkirdən gələn dəvəti hər zaman qəbul etməyə çalışacağam.
- İstirahət günündə futbol oyununda çox əsəbləşdiniz. Səbəbini bilmək olar?
- İlk növbədə, hisslərimi cilovlaya bilmədiyim üçün üzr istəyirəm. Uduzmağı sevmirəm. İlk oyunda qol vurmaqda çətinlik çəkdik. Ona görə əsəbləşdim. Zalda oynanılan futbolda bu qədər kobudluq olmaz. Bəzi oyunçular çox kobud mübarizə apardı. Hakim isə qərar qəbul etməkdə çətinlik çəkirdi. Bizim oyunçuya qarşı kobudluq oldu, amma hakim heç nə demədi. İstənilən halda futbol maraqlı alındı.
- Çempionluq görüşündə Sergey Karyakin və Fabiano Karuanayla partiyalarınızın yekunu heç-heçə bitdi. Yalnız tay-brekdə qalib oldunuz. Onlara qarşı çətinlik çəkməyinizin səbəbi nədir?
- Hər ikisiylə tay-brekdə görüşdük. Turnirlərdə risk etmək olur. Amma şahmat tacı uğrunda görüşdə risk etmək düzgün deyil. Rəqiblər qapalı oynayır. Belə halda qələbəyə oynamaq alınmır. Üstünlük qazanmırsan. Adətən, həmişə tay-brekə qədər uğur qazanmağa çalışıram.
- Dünya çempionu kimi heç kim sizi tituldan məhrum edə bilmir. Demək olar ki, biz Maqnus Karlsenin dövründə yaşayırıq?
- (gülür) Deyə bilərsiniz. Amma titulumu qorumaq üçün çox çalışıram. Bütün komandam çox işləyir.
- Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyət göstərir. Orada hazırlaşan uşaqlar sizinlə görüşmək istəyir. Bakıya yolunuz düşəndə akademiyaya getmək planınız var?
- Hazırda vaxt yoxdur. Amma Vüqar Həşimov Şahmat Akademiyasına getmək barədə düşünürəm. Bakıda olanda mütləq ora baş çəkəcəyəm.
- Sevimli klubunuz "Real Madrid"da dəyişiklik oldu. Kriştianu Ronaldu getdi, Zinəddin Zidan yenidən klubun sükanı arxasına keçdi. Münasibətinizi bilmək istərdik?
- Zidanın "Real Madrid"ə qayıtmağı yaxşı xəbər idi. Onun qayıdışına hamı sevindi. Bax Ronaldu komandanı tərk etməkdə düz etmədi. Bu qərarı başa düşmək çətindi.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/maqnus-karlsen-dord-il-erzinde-iki-uc-oyunda-bextim-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR