Qazaxda top və minaatan mərmisi, Ağstafada partladıcı tapılıb - FOTO

Qazaxda top və minaatan mərmisi, Ağstafada partladıcı tapılıb - FOTO
07:47 9 Aprel 2019
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxda top və minaatan mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, aprelin 8-i saat 17:53-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Cəfərli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən Qazax rayonun Cəfərli kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M) və 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Əlavə olaraq Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən Ağstafa rayonun Köhnə Qışlaq kəndi ərazisində partladıcının olması barədə verilmiş məlumata əsasən Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunmuş ərazidə aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd MRV-U partladıcısı və 2 ədəd yanmış-partlamış partladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 08 aprel 2019-cu il tarixlərində 80 siqnal (əməliyyat çağırışı) əsasında 71 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 6 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,346 ədəd partlamamış hərbi sursat (PHS), 9,471 ədəd müxtəlif çaplı patron, 8 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 20 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 110,415 kv.m ərazi yerüstü və 7,472 kv.m ərazi yeraltı yoxlanılmışdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/745386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR