ABŞ 16 nəfərin ölkəyə girişini qadağan etdi – Qaşıqçı CİNAYƏTİ

ABŞ 16 nəfərin ölkəyə girişini qadağan etdi – Qaşıqçı CİNAYƏTİ
08:18 9 Aprel 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar jurnalist Camal Qaşıqçının qətlində iştiraka görə Səudiyyə Ərəbistanının 16 vətəndaşının ABŞ ərazisinə girişini qadağan edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin xəbərində deyilir.

Qərarın qəbulunda əsas olaraq onların jurnalistin qətlində iştirakı göstərilib. Lakin, Dövlət Departamenti təfərrüatları dəqiqləşdirməyib.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. Onun cəsədinin yeri indiyə kimi məlum deyil.

Səudiyyə Ərəbistanının Baş prokurorluğunun məlumatına görə, qətl haqqında iş üzrə 21 nəfər saxlanılıb. Prokurorluq qətlin 5 iştirakçısı üçün ölüm cəzası tələb edib.

Ötən ay isə İNTERPOL (Beynəlxalq Polis Təşkilatı) səudiyyəli jurnalistin qətlində şübhəli bilinən 20 nəfər barəsində qırmızı bülleten çıxarıb. Qərar Türkiyənin tələbi əsasında qəbul edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/275044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR