Çində qar uçqunu baş verib, 10 nəfər qarın altında qalıb

Çində qar uçqunu baş verib, 10 nəfər qarın altında qalıb
08:55 9 Aprel 2019
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çinin Sintzyan-Uyğur muxtar rayonunda qar uçqunu baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qar uçqunu nəticəsində 10 nəfər qarın altında qalıb.

Bildirilir ki, hazırda xilasetmə əməliyyatı aparılır. Qarın altında qalan insanlardan 1-i yüngül, 1-i isə ağır xəsarətlər alıb. Onların "GPS"i, təxminən bir sutkalıq yeməkləri və peyk telefonları var.

Qeyd edilir ki, peyk telefonunun vasitəsilə qarın altında qalan şəxslər xilasedicilərlə əlaqə qururlar.

Məlumata əsasən, xilasetmə əməliyyatında 2 helikopter cəlb edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3043479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR