Alman şirkətlərinə Azərbaycanın 14 prioritet iqdisadi sektorunun təhlili təqdim ediləcək

Alman şirkətlərinə Azərbaycanın 14 prioritet iqdisadi sektorunun təhlili təqdim ediləcək
10:57 9 Aprel 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya-Azərbaycan Xarici Ticarət Palatasını xüsusi nəşri olan “Market Analysis Azerbaijan 2019”u ("Bazarın təhlili Azərbaycan-2019") təqdim edib. 
Təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının bazarın təhlili və kommunikasiya şöbəsinin rəhbəri Nigar Bayramlı deyib ki, jurnalda Alman eksperti tərəfindən Azərbaycanın 14 qabaqcıl sahəsi haqqında təhlil verilir: "Bazarın təhlili Azərbaycan-2019" adlandırdığımız və Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşfiqi ilə, Almaniya ticarət və investisiya şirkətinin dəstəyilə həyata keçirilib. Nəşrdə Azərbaycanın 14 prioritet iqdisadi sektoru təhlil olunur. Bu sektorlarda mövcud olan trendlər haqqında danışılır və eyni zamanda nəşr 11 Azərbaycan və Alman şirkətinin həm Maddi həm texniki dəstəyi vasitəsilə ərsəyə gəlib. Onlar hər müvafiq sektorlarla bağlı öz fikirləri ilə bu nəşrdə iştirak edib".
Nəşrin əsas məqsədi haqqında danışan AHK rəsmisi qeyd edib ki, əsas məqsəd Strateji Yol Xəritələrində qeyd edilən prioritet sahələrini təhlil etməkdir: "Bu sahələr haqqında əsasən Alman şirkətlərinə Azərbaycanda mövcud olan imkanlar barədə məlumat verməkdən ibarətdir. Məsələn investisiyalar haralarda nəzərdə tutulur, xarici şirkətlər bu investisiyalarda necə iştirak edə bilərlər və ümumiyyətlə Azərbaycanda bazarın potensialını yerli və xarici şirkətlər necə dəyərləndirir. Biz düşünürük ki, bu nəşr nəinki Azərbaycanda, eləcə də xüsusilə Almaniyada qeyd etdiyim, birlikdə işlədiyimiz Almaniya Ticarət və İnvestisiya şirkəti sayəsində Almaniyada geniş yayılacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/alman-sirketleri-azerbaycanda-movcud-imkanlardan-melumatlandirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR