Çimərlik geyimini bədənimizə uyğun NECƏ SEÇƏK? - FOTOLAR

Çimərlik geyimini bədənimizə uyğun NECƏ SEÇƏK? - FOTOLAR
12:39 9 Aprel 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Bədən tipinə görə hansı çimərlik geyimlərinə üstünlük verməli və bunu seçərkən nələrə diqqət etməliyik. 
 
Lent az xəbər verir ki, çimərlik geyimləri seçərkən bunlara mütləq diqqət edilməlidir. 
 
Sinəsi kiçik olan xanımlar canlı rənglərdən naxışlı və qotazlı geyimlərdən istifadə edə bilərlər. yuxarıları iplə bağlanan saçaqlı çimərlik geyimləri sinəni daha dolğun göstərir. Aşağı hissəsi naxışlı və zolaqlı olarsa, sinədən diqqəti yayındıracaq. 
 
Qarınlı qadınlar bir rəngdə olan modellərə üstünlük verməlidirlər. Xüsusilə, qarın hissəsi büzməli modellər qarnınızı gizlədəcək.
 
Böyük sinəli xanımlar üçün boyundan bağlamalı, qalın bantlı və incə modellər doğru seçimdir.
 
Çiyinləri böyük olan xanımlar üçün düz rəngli və üst hissəsi detalsız modellərə üstünlük verilməlidir.
 
İribudlu xanımlar isə aşağı hissəsi düz rəngli “mix & match” modelli və ya ətəkli geyim seçməlidir.
 
Uzun ayaqlı qadınlar cəsarət göstərərək alt hissəsi geniş olan çimərlik geyimnə və ya alt paltarına müraciət edə bilərlər. Bu zaman ayaqlar daha uzun görünəcək.
 
Qısa ayaqları olan xanımlar daha çox bel hissəsi böyük geyimlərdən istifadə etməlidir. Bu formalı geyimlər həm də göbək hissəsini gizlətmək üçün əlverişli seçimdir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR