Bakıda 20 yaşlı oğlan bıçaqlanıb.

Metbuat.az-a daxil olan məlumata görə, aprelin 8-də saat 13:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 30 ünvanın qarşısında Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Yusifov Anar Pirəli oğlu döş qəfəsinin daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş xəsarəti ilə TTSY briqadası tərəfindən Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Aprılmış ilkin əməliyyat axtarış tədbirləri nəticəsində Yusifov Anar Pirəli oğluna bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Səfərova Sevda Rizvan qızı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Nizami RPİ-nin İŞ-də araşdırma aparılır.

Aysel Yaqubqızı / Metbuat.az

Bu pərdənin arxasında DƏHŞƏT var - Səs-küy eşidilər və.../FOTOLAR