"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında onun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş verib. Ə.Əliyev həm qohumu, həm də qonşusu olan Cavid Cavadovu bıçaqlayıb. Ə.Əliyevin barəsində polisin nəzarətinə verilmə qərətimkan tədbiri seçilib.