Bakı Limanında I rübdə konteyner aşırılması 55% artıb

Bakı Limanında I rübdə konteyner aşırılması 55% artıb
17:37 15 Aprel 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2019-cu ilin I rübünü uğurla başa vurub.
Bu barədə “Report”a qurumdan bildirilib.
Məlumata görə, yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınmış və ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olmuşdur. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb.
Xüsusilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki,  Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 55,2% artım deməkdir (2018-ci ilin müvafiq dövründə 4 673 TEU).
Qeyd olunan dövrdə, Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446 vaqon (46,8%) Bakı-Kurık-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
Cari ilin yanvar-mart ayları ərzində iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 6 543 (keçən ilin müvafiq dövrünə nisbətən 43,5% artım) ədəd olub. Belə ki, bunlardan 5 180 ədədi (79,2%) Bakı-Türkmənbaşı-Bakı, 1 363 ədədi isə (20,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Hər iki istiqamətdə sərnişin daşınmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,5% artım qeydə alınaraq 8 813 nəfər olub.



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-beynelxalq-deniz-ticaret-limani-i-rubu-ugurla-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR