Xumar Qədimova ilə Castin Timberleyki birləşdirən nədir? (VİDEO)

Xumar Qədimova ilə Castin Timberleyki birləşdirən nədir? (VİDEO)
09:31 15 Yanvar 2015
179 Şou
Ölkə mətbuatı
A- A+

“Google” şirkətinin “Google Translate” onlayn tərcümə əlavəsində daha bir səhv üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, bir sıra populyar mahnıların müəllifi olan azərbaycanlı müğənni Xumar Qədimovanın adını “Google Translate”in Azərbaycan dilində olan hissəsinə yazdıqda, ingiliscə və rusca tərcümələrdə amerikalı məşhur müğənni Castin Timberleykin adı çıxır.

Daha bir maraqlı məqam isə türkcə tərcüməyə qoyduqda türkiyəli məşhur müğənni Yeşim Salkımın adı göstərilir.

Bəzi zarafatcıl internet istifadəçiləri “Google Translate”də “Xumar Qədimova” sözlərinin tərcüməsini “Justin Timberlake” olaraq daxil etdiyi üçün bu tərcümə hələ də belə görsənir. Bundan başqa, bənzər bir hadisə Türkiyənin “Beşiktaş” komandasının da başına gəlmişdi.

Belə ki, vaxtilə “Google Translate”də "Şampiyon Beşiktaş" yazanda tərcüməsi "Liverpool Champion" olaraq çıxırdı.

Qeyd edək ki, ABŞ-ın İnternet şirkəti olan “Google” dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” elektron poçt xidməti və “Google+” sosial şəbəkəsinin idarəedicisi, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=319791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR