"Aprelin 1-nə olan hesabata görə, vergi ödəyicilərinin sayı 993,038 nəfər olub".
Metbuat.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib. Onun sözlərinə görə, bunlardan 128,261 nəfəri hüquqi, 864,777 nəfəri isə fiziki şəxslərdir. Ə.Məmmədov bildirib ki, Vergi sistemindəki islahatlar nəticəsində ƏDV ödəyicilərinin də sayında artım olub: "Ötən ilin birinci rübü ilə müqayisədə 4,8 dəfə artım olub". Ə.Məmmədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə təsərrüfat subyektlərinin obyektlərinin sayındakı artım da 2 dəfəyə çatıb.
Günay Elşadqızı / METBUAT.AZ