"Nazirlər Kabinetinin müvafiq qərarı ilə 31 dekabr 2022-ci ilə qədər bütün ölkə ərazisində onlayn kassa aparatlarının tətbiqi başa çatdırılacaq".
Metbuat.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, bu prosesə artıq başlanılıb: "Yaxın vaxtlarda iri ticarət şəbəkələrində onlayn kassa aparatlarının tətbiqinə başlayacağıq. Bu proses mərhələli şəkildə həyata keçiriləcək".
Günay Elşadqızı / METBUAT.AZ
"İslahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla ... - FOTOLAR