Almaniyanın "Herta" futbol klubu mövsümün sonunda baş məşqçisi Pal Dardai ilə yollarını ayırmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Berlin təmsilçisinin rəsmi saytı yayıb. 43 yaşlı mütəxəssis klub rəhbərliyi ilə birgə bunun komanda üçün daha doğru addım olacağına qərar verib.

Xatırladaq ki, Pal Dardai 2015-ci ildən "Herta"ya rəhbərlik edir. Komanda hazırda Bundesliqada 35 xalla 11-ci pillədə qərarlaşıb.