İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupu Bakıda toplaşıb

İnformasiya Cəmiyyətinin İnkişafı   üzrə Yüksək Səviyyəli İşçi Qrupu  Bakıda toplaşıb
18:35 17 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası keçirilib.

 

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupu RRB-nin Rabitə Administrasiyaları rəhbərləri Şurasının kollegial işçi orqanıdır. İşçi qrupu RRB üzv-dövlətlərdə informasiya cəmiyyətinin inkişaf üzrə fəaliyyət məqsədlərinə xidmət edir və həmin ölkələrin nazir müavinlərindən aşağı olmayan səviyyədə təmsilçilik təmin edilir.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının İnformasiya Cəmiyyəti mövzusunda yüksək səviyyəli Ümumdünya Sammiti üzrə İşçi Qrupunun sədri Minkin Vladimir Markoviç, İnformasiya texnologiyaları iqtisadiyyatı üzrə RRB Komissiyasının sədri Dadaməhəmmədov Rüstəm Abduqapparoviç, RRB İcra Komitəsinin, eləcə də, MDB İcraiyyə Komitəsinin, Rusiya Federasiyasının Rabitə Administrasiyasının rəhbər şəxsləri və nümayəndələri spiker qismində çıxış ediblər.

 

İclasda 2019-2025-ci illər üçün İşçi Qrupun fəaliyyət istiqamətləri, prioritetləri, RRB-yə üzv ölkələrdə rəqəmli inkişaf, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün üzv ölkələrin əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, rəqəmli iqtisadiyyat proqramlarının həyata keçirilməsində rabitə operatorlarının rolu və vəzifələri istiqamətində də fikir mübadiləsi aparılıb.

 

Bundan başqa, 2030-cu ilədək MDB ölkələrinin İqtisadi İnkişaf Strategiyası layihəsinin hazırlanması, “Rəqəmsal inkişaf sahəsində MDB-yə üzv dövlətlərin əməkdaşlıq konsepsiyası” layihəsinin və onun icrası üçün prioritet tədbirlər planının həyata keçirilməsi, internet idarəetməsi sahəsində RRB üzvlərinin əməkdaşlığının genişləndirilməsi, RRB işçi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzuları da müzakirə predmeti olub.

 

Müzakirələrin sonunda müvafiq qərarlar qəbul edilib.

 

 

 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60201-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR