Muğam Mərkəzində musiqi festivalı çərçivəsində konsert keçirilib (FOTO)

Muğam Mərkəzində musiqi festivalı çərçivəsində konsert keçirilib (FOTO)
02:50 18 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində ”OSEP 2019” layihəsi çərçivəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələblərinin iştirakı ilə “Şərqlə-Qərbin körpüsündə” adlı musiqi festivalının konserti keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev çıxış edərək “Şərqlə-Qərbin körpüsündə” layihəsi çərçivəsində keçirilən konsertlərdən danışıb.

T.Göyçayev tədbirin keçirilməsində dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə təşəkkürünü bildirib.

Konsertdə tələbələrin ifasında D.Skarlattinin A.Korelliin İ.S.Baxın, F.Kuperin, C.Samartinin əsərləri səslənib.

Xatırladırıq ki, ”OSEP 2019” layihəsi çərçivəsində keçirilən “Şərqlə-Qərbin körpüsündə” adlı musiqi festivalı aprel ayının 17-nə kimi davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3048167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR