Rusiya təyyarəsi İranda təcili eniş etdi

Rusiya təyyarəsi İranda təcili eniş etdi
14:42 18 Aprel 2019
101 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçan "Azur Air Hava yolları" şirkətinin "Boeing 757" təyyarəsi İranın Mehrabad hava limanında təcili eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının hava qəzalarının araşdırılması idarəsinin baş direktoru Hüseyn Rzayifər deyib.

H.Rzayifərin sözlərinə görə, sərnişinlərdən birinin vəziyyətinin pisləşdiyinə görə təyyarə Mehrabad hava limanına təcili eniş edib.

Baş direktor Mehrabad hava limanının seçilməsini onun şəhərə yaxın olması ilə əlaqələndirib.

Hazırda sərnişin xəstəxanaya aparılıb və təyyarə yanacaq doldurur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/747852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR