"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il Xəzər rayonu, Buzovna qəsəbəsində 26 saylı orta məktəbin qarşısında baş verib.
Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Q.Məmmədli həmkəndlisi, 1975-ci il təvəllüdlü Tərlan Cabbarov ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Q.Məmmədli T.Cabbarovu sol döş qəfəsindən bıçaqlayıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Q.Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.