Milli.Az CTV-yə (Region tv-yə) istinadən bildirir ki,Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb. Nəticədə ev sahibinə külli miqdarda ziyan dəyib.
Hadisə rayonun Xəlilli kəndində, 69 yaşlı Yavər Hüseynova məxsus evdə baş verib. İkimərtəbəli, 6 otaqdan və bir eyvandan ibarət evdə başlayan yanğın tez bir zamanda bütün otaqları bürüyüb. Yanğın zamanı evdə kimsə olmayıb. Hadisədən ilk xəbər tutanlar isə qonşular olublar. Elə yanğını ilk söndürməyə çalışanlar da kəndlilər olublar. Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi çağırılıb. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov ram edilib. Lakin ümumi sahəsi 256 kv. metr olan evin 160 kv. metri tamamilə yanıb.
Yanğın zamanı ev sahibinə məxsus xeyli qızıl zinət əşyaları, pul, eləcə də evdə olan 3 ailənin mebeli tamamilə yanaraq külə dönüb. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan qaynaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az