Nazirlik Məhəmməd Hadi küçəsində ağac kəsintisi ilə bağlı faktı araşdırıb

Nazirlik Məhəmməd Hadi küçəsində ağac kəsintisi ilə bağlı faktı araşdırıb
18:42 18 Aprel 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə Xətai rayonu, M.Hadi küçəsi 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Milli.Az bildirir ki, bu barədə ETSN-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Nazirlik qeyd edir ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq sahənin bir hissəsinin dəmir torla hasara alındığı, lakin ağac kəsintisi faktının olmadığı məlum olub:

"Araşdırma zamanı sözügedən ünvandakı 0,24 hektar yaşıllıq ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həsrət Temirova verildiyi müəyyən edilib. Ərazidəki ağacların köçürülməsi üçün mülkiyyətçi tərəfindən Dövlət Ekspertiza İdarəsinə müraciət edilsə də, ona müsbət rəy verilməyib".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/748006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR