Moldovada qanunsuz işləyən 6 azərbaycanlı saxlanılıb

Moldovada qanunsuz işləyən 6 azərbaycanlı saxlanılıb
02:42 19 Aprel 2019
129 Digər
Ölkə mətbuatı
A- A+

Moldovanın paytaxtı Kişinyovda əslən Azərbaycandan olan 6 nəfər saxlanılıb.
"Report" "tv8.md"yə istinadən xəbər verir ki, 24-45 yaşında olan şəxslər müvafiq icazələri olmadan tikinti sektorunda işləyiblər.
Miqrasiya və Sığınacaq Bürosunun əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılara təqribən 1005 dollar məbləğində cərimə yazılıb, onların üç il Moldovaya girişinə qadağa qoyulub.
İndi onlar 5 gün ərzində Moldovanı tərk etməlidirlər.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/moldovada-qanunsuz-isleyen-6-azerbaycanli-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR